Soltanlı Əfrail Hafiz adına layiq görüldü

Əxlaq, davranış və tərbiyyəsi ilə nümunəvi hafiz nəsil yetişdirən Şəki İslam Kollecinin daha bir şagirdi -Zaqatala rayon, Yuxarı Tala kənd sakini Soltanlı Əfrail Cəbrayıl oğlu, uca kitabımız Qurani-Kərimi başdan sona qədər əzbərləyərək onu həyatına, davranışlarına və əxlaqına həkk etməyə talib olmuşdur.

Beləliklə 1993-cü ildən fəaliyyət göstərən kollecimiz 251-ci hafizini yetidirmiş oldu. Uca Mövlamız bu Quran sədalarını bütün ölkəmizə və millətimizə rəhmət və qurtuluş vəsiləsi qılsın.

Yeni Hafiz qardaşımızı təbrik edir, ona can sağlığı, bərəkətli ömür, və bu ömrünü də Quran işığı altında yaşamağı arzu edirik.

31 Yanvar 2020 221

           
Onlayn Qeydiyyat
assignment_ind