Bugün kollecimizin "X ənənəvi Hafizlik mərasimi" keçirilmişdir. Mərasimdə 35 hafizimiz iştirak etmiş və hafizlik diplomu almağa layiq görülmüşdür. Tədbirdə Şəki şəhər icra hakimiyyətindən nümayəndələr, Qafqaz Müsəlmanları İdarəsinin I müavini və ölkəmizin müftisi Hacı Salman Musayev, sədrin müavini Hacı Qəmər xanım Cavadlı, Gəncliyə Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecim bəy və kollektivi, Türkiyə Respublikasının Bakıdakı səfirliyinin Din İşləri üzrə nümayəndəsi Professor Kamil Güneş bəy, Şəki şəhər təhsil şöbəsi, Ağsaqqallar şurası, bir sıra rəsmi nümayəndələr iştirak etmişdir. Eyni zamanda digər kollec nümayəndələri, icma sədrləri, məscid imamları iştirak etmişlər.